“Bu gün sülh Ermənistana daha çox lazımdır, nəinki bizə”

 

“Bu gün sülh Ermənistana daha çox lazımdır, nəinki bizə”

Son günlər Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı intensiv danışıqlar aparılır, görüşlər keçirilir. Ermənistanın danışıqlarda destruktiv mövqeyi danışıqların uzanmasına səbəb olur. Bəs Ermənistan nə vaxta kimi bu cür davrana biləcək? Globalinfo.az xəbər verir ki, hərbi ekspert Ədalət Verdiyev bu mövzuda danışarkən maraqlı detallara toxunub.

O, deyib ki, indi sülh daha çox Ermənistana lazımdır. Ekspertin sözlərinə görə, sülh Azərbaycana müharibədən öncə lazım idi:

“Çünki erməni silahlıları, terrorçuları Ağdam-Bərdə arasında yerləşirdi, Naftalana, Tərtərə təhdid törədirdi, evlərə atəş açıldığı üçün vətəndaş evində rahat otura bilmirdi, körpə balalarımız erməni atəşindən və ya minaya düşərək həlak olurdu. Amma artıq biz Göycə gölünün ətrafındayıq, Qarakilsədə avtomobillərin nömrələrini görürük, istəsək, həmin avtomobilin içində kim hara gedirsə, onu araşdıra bilərik. Biz bu gün Basarkeçər rayonu ətrafındayıq, İstisu rayonunun məktəblərinə neçə şagird girib-çıxır, onu saya bilirik, İrəvan-Qafan yolunun üzərindəyik, oraları mövqelərimizlə müşahidə edirik və s. Dediyim kimi, bizə indi sülh Ermənistandan daha az lazımdır”.

“Bu gün sülh Ermənistana daha çox lazımdır, nəinki bizə”

Ədalət Verdiyev

Ə.Verdiyev deyib ki, Ermənistan bu gün sülh dilənçisidir: “Biz təklif veririk. Təklifin isə müddəti var. Ya o müddətdə sülh əldə olunacaq, ya da Ermənistan itirməkdə davam edəcək. Müharibə başa çatandan bu günə qədər Ermənistan hər gün nəsə itirib. Bu gün Ermənistanın 847 yaşayış məntəqəsindən 400-ü Azərbaycanla sərhəddə yerləşir ki, onlardan da 70 faizi bizim əsgərimizin müşahidəsi altındadır. Məncə, bu, sülhün kimə çox lazım olması barədə yetərincə fikir yarada bilən faktdır”.

Zaira Akifqızı
Globalinfo.az