Azərbaycanda bu deputat mandatını itirir – SƏBƏB

Azərbaycanda bu deputat mandatını itirir – SƏBƏB

Milli Məclisin (MM) deputatı Ramil Həsənov bu gün sonuncu dəfə parlamentin iclasında iştirak edir. Yaxın günlərdə Mərkəzi Seçki Komissiyası (MSK) onun mandatına xitam verəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə deputat MM-in iclasında bildirib.

Belə ki, Türk dövlətləri parlament assambleyasının baş katibi təyin olunan R.Həsənov öz xahişi ilə MM-in iclasında iştirak edir. Bundan sonra o, yuxarıda adı çəkilən vəzifəni icra edəcək.

Qeyd edək ki, Ramil Həsənov iyul ayında Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxstanın paytaxtı Astana şəhərində keçirilən 14-cü plenar sessiyasında təşkilatın yeni Baş katibi seçilib.

Safura Bənnayeva
Globalinfo.az