SON DƏQİQƏ: ermənilər Yevlaxdadır – VİDEO

Lokal xarakterli antiterror tədbirləri nəticəsində ağ bayraq qaldıraraq təslim olan və danışıqlara razılaşan Qarabağın erməni sakinlərinin nümayəndələri bu gün görüş üçün Yevlax rayonuna gəlib.

Globalinfo.az bildirir ki, onları Azərbaycan polisi ilə bərabər Rusiya sülhməramlı kontingenti müşayiət edir.

Azərbaycan tərəfi nümayəndələrlə Yevlaxda görüş keçirəcək.

***09:17

Bu gün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə rəsmi Bakını təmsil edən şəxslər görüşəcəklər.

Globalinfo.az xəbər verir ki, görüş Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Yevlax şəhərində olacaq.

Xankəndidən gələn nümayəndə heyəti artıq Ağdam rayonu keçib Yevlax şəhər istiqamətinə doğru hərəkət edir.