Əfv Komissiyasının iclasları başa çatdı

Əfv Komissiyasının iclasları başa çatdı

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Globalinfo.az bildirir ki, bu barədə APA-ya Əfv Məsələləri Komissiyasının üzvü, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev məlumat verib.

İclasda 100-dən artıq müraciətə baxılıb. Komissiyanın iclaslarında baxılan müraciətlərin sayı 700-ə çatıb.

Bununla da komissiyanın iclasları baş çatıb, baxılan müraciətlər ümumiləşdirilərək müvafiq qaydada Prezidentə təqdim olunacaq.

Qeyd edək ki, komissiyanın iclasları 28 May – Müstəqillik Günü ilə əlaqədar nəzərdə tutulan əfvlə bağlı keçirilir.

***01:00

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yekun iclası keçiriləcək.

Globalinfo.az xəbər verir ki, iclasda bir sıra müraciətlərə və təşkilati məsələlərə baxılacaq.

Qeyd edək ki, bu il indiyədək komissiyanın beş iclası keçirilib və ümumilikdə 500-dən çox müraicətə baxılıb.

Komissiyanın iclasları 28 May – Müstəqillik Günü ilə əlaqədar nəzərdə tutulan əfvlə bağlı keçirilir.