Bu ərazilərdə qaz olmayacaq – Yenilənib

qaz-900×600.jpeg” alt=”” width=”900″ height=”600″ />

Şərur rayonunun bəzi kəndlərində qaz təchizatı müvəqqəti olmayacaq.

Globalinfo.az xəbər verir ki, 76-lıq siyirtmənin yenisi ilə əvəz olunması ilə əlaqədar qaz təchizatı Şərur rayon Maxta, Axaməd, Kərimbəyli və Qarabürc kəndlərində iyunun 13-dən saat 10:00-dan müvəqqəti dayandırılacaq.

Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək

***21:22

İmişli rayonun bir hissəsində qazın verilişində fasilələr yaranacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, “Otuzikilər” ölçü qovşağından qidalanan diametri PE 315 mm-lik “Otuzikilər-Məzrəli-Məcburi köçkünlər qəsəbəsi” və diametri PE 225 mm-lik “Aranlı kənd” orta təzyiqli yeraltı daşıyıcı qaz kəmərləri və üzrərindən ayrılan qollarında kipliyin sınağı məqsədilə əlaqədar, 13.06.2025-ci il saat 09:00-dan etibarən sınaq işləri başa çatanadək İmişli rayonunun 21 kəndində – Yuxarı Qaralar, Otuzikilər, Murğuzallı, Muradallı, Mürsəlli, Xoşçobanlı, Qaraqaşlı, Ölcələr, Nurulu, Sultanmuradlı, Qaradonlu, Çahar, Gövhərli, Məzrəli, Çaxırlı, Xubyarlı, Qızılkənd, Aranlı, Hacırüstəmli, Hacalmuradlı, Kürmahmudlu kəndlərində, Biləsuvar rayonunun izibati ərazisində yerləşən 11 “Məcburi köçkünlər” qəsəbəsində (ümumi 10591 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.