Bu ərazidə yeni dövlət yaratmaq istəyirlər – Türk ekspert detalları açdı

Bu ərazidə yeni dövlət yaratmaq istəyirlər – Türk ekspert detalları açdı

Türkiyə Silahlı Qüvvələri BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən Suriyanın Tel-Rıfat, Ayn əl-Ərəb bölgələrində və İraqın şimalında PKK, PYD, YPG terrorçularına qarşı “Pəncə-Qılınc” kod adlı irimiqyaslı hərbi əməliyyatlara başlayıb.

Maraqlıdır, indiki məqamda Türkiyənin belə bir əməliyyata başlamasının səbəbi nədir? Ankara hərbi əməliyyatlarla nəyə nail olmağı hədəfləyir?

Mövzu ilə bağlı Globalinfo.az-a açıqlama verən Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib ki, Türkiyə Silahlı Qüvvələri Şimali İraq və Suriyada türk hərb tarixinin ən genişmiqyaslı hərbi əməliyyatını keçirib:

General Yücel Karauz: Son hadisələr zamanı Azərbaycanda xalq-ordu,  xalq-Prezident birliyinin şahidi olduq - AZƏRTAC

“Bu həm də dünya hərb tarixi baxımdan çox vacib əməliyyatdır. Hərbi əməliyyatın 3 əsas məqsədi var:

Birincisi, terror ünsürlərini yerindəcə məhv etmək.

İkincisi, sərhədlərin təhlükəsizliyinin təmini.

Üçüncüsü, sərhəddən həyata keçirilən terror fəaliyyətlərinin qarşısını almaq.

Ümumiyyətlə, hərəkat İran sərhədindən Aralıq dənizinədək olan əraziləri əhatə edir. Hərəkatda 70 döyüş təyyarəsi iştirak edir.

Qeyd edim ki, 22-25 noyabr tarixlərində İran-Türkiyə-Rusiya liderlərinin iştirakı ilə Astanada Suriyanın gələcəyinə dair görüş keçiriləcək. Görüşdə Türkiyənin başlatdığı əməliyyat da müzakirə ediləcək”.

Bu ərazidə yeni dövlət yaratmaq istəyirlər – Türk ekspert detalları açdı

Türkiyənin Dumlupınar Universitetinin Siyasi Elmlər və Beynəlxalq Münasibətlər kafedrasının müdiri, prof.dr.Hüsaməddin İnaçın sözlərinə görə isə Suriyanın və İraqın şimalında başladılan hərbi əməliyyat birbaşa Taksim teraktına cavab mahiyyəti daşıyır:

“Məsələ ondadır ki, məlum terrorçu qadın Afrin, Tel-Rıfat, Ayn əl-Ərəb bölgələrində olub, burada ABŞ kəşfiyyatına yaxınlığı ilə seçilən terrorçu liderlərlə görüşüb. Bu belə onu deməyə əsas verir ki, Taksim teraktı birbaşa ABŞ-ın sifarişi ilə həyata keçirilib.

Ümumiyyətlə, Taksim teraktı olmasaydı da Türkiyə bu hərbi əməliyyatı keçirəcəkdi. Çünki rəsmi Vaşinqton Türkiyənin sərhədində, daha dəqiq desək, İran sərhədindən Aralıq dənizinə qədər olan ərazidə terror dövləti yaratmaq istəyirdi. Türkiyə belə bir dövlətin özü üçün təhdid olacağını bildiyinə görə buna heç vaxt icazə verməyib”.

H.İnaç qeyd edib ki, ABŞ regionun demoqrafik vəziyyətini dəyişməyə çalışır:

“Suriyanın şimalındakı ərəblər ətraf ölkələrə köç etməyə məcbur edilir, əvəzində isə PYD-yə sadiq qüvvələr əraziyə köçürülür. Bu, regionun demoqrafik vəziyyətini süni şəkildə dəyişmək və yeni bir terror dövləti yaratmaq cəhdidir. Türkiyə bu vəziyyətlə heç bir halda barışmayacaq və yaxın günlərdə Suriyanın şimalında daha genişmiqyaslı hərbi əməliyyatlara başlayacaq”.

Turan Rzayev
Globalinfo.az