İspaniyanın “Liux” startapı dünyanın ilk bitki əsaslı avtomobilini təqdim edib. “Animal” elektromobili 90 faiz təkrar emal edilmiş və üzvi materiallardan (məsələn, kətan liflərindən) hazırlanıb.
Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, 240 at gücünə malik elektrik mühərriklə təchiz edilib və birdəfəyə 600 kilometrə qədər yol qət edə bilir. “Animal”ın maksimal sürəti saatda 200 kilometrdir.
Avtomobil 2024-cü ildə bazara çıxarılacaq və onun qiyməti 39 min avrodan başlayacaq.
3D çap texnologiyası və sadə dizayn qiyməti aşağı salmağa kömək edəcək.














