Bu, Bakı və İrəvan arasında sülhə töhfə verəcək – Mirzoyan

“Regionda kommunikasiyaların açılması sülhə töhfə verəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) baş katibi Lazar Komanesku ilə görüşündə deyib.

QDİƏT rəhbərinin səfəri iyulun 1-də Ermənistanın təşkilatda sədrliyinin başlaması ilə eyni vaxta təsadüf edib.

Mirzoyan vurğulayıb ki, regional marşrutların işləməsi Cənubi Qafqazın qlobal nəqliyyat şəbəkəsinə inteqrasiyasına imkan verəcək.

Müşviq Tofiqoğlu
Globalinfo.az