Böyük planın detalları: Putini belə devirəcəklər, sonra isə…

Putinin rezervistləri təcili şəkildə orduya toplamaqdan başqa seçimi yoxdur.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə ukraynalı hərbi ekspert Oleq Jdanov çıxış edib.

“O başa düşür ki, ordu dağılsa, onu dərhal bərpa edib, rezervləri doldurmaq lazımdır. Biz hələlik əsas məsələni nəzərdən qaçırırıq. Bəs ordu nə ilə silahlandırılacaq? Putin yaxşı anlayır ki, əgər ordusuz qalsa, Kremli tərk etmək məcburiyyətində qalacaq. Onu sadəcə buradan endirəcəklər. Bunun üçün Putin uzun müddətə savaşmaq niyyətindədir. Hətta onun ordusunu döyüş meydanında darmadağın etsələr belə, Putin bunu məğlubiyyət saymayacaq”, – o bildirib.

Jdanov həmçinin Rusiyanın planlarının böyük olduğunu və Kremlin ümumi səfərbərlik məsələlərini yenidən nəzərdən keçirdiyini iddia edib:

“Qərbə bu variant sərf etmir. Məsələ odur ki, əgər ordu döyüş meydanında uduzsa, bunun qarşılığı hakimiyyətdə olacaq. Məhz bu, Qərbin bizim əks-hücumumuza etdiyi yatırımı izah edir. Yəni beynəlxalq ictimaiyyət bu əks-hücuma hərbi qələbə kimi yox, siyasi vasitə kimi baxır. Axı müharibə sərt, amma sürətli və effektiv siyasi alətdir. Döyüş meydanında məğlubiyyət daxili siyasətdəki situasiyada öz əksini tapacaq. O zaman siyasi isteblişment dərk edəcək ki, artıq nəyisə dəyişmək lazımdır. Qərb yatırımını yekun qələbəyə yox, məhz buna edir”.

İlkin Həsənov
Globalinfo.az