Borrelldən Gürcüstan açıqlaması: “Mümkün deyil”

“Gürcüstan hökumətinin siyasətində dəyişiklik olmadan Avropa İttifaqına (Aİ) keçid mümkün deyil”.

Globalinfo.az xəbər verir ki, bunu Aİ-nin ali nümayəndəsi Josep Borrell deyib.

“Gürcüstan hökumətinin siyasətində dəyişiklik olmadan, Aİ istiqamətində addım atmaq mümkün deyil. Biz dezinformasiyaya qarşı çıxacağıq və seçki proseslərinə dəstəyi gücləndirəcəyik. Gürcüstan hakimiyyətinin xarici təsirin şəffaflığı haqqında qanunu qəbul etməsi fonunda Aİ bu ölkədəki vətəndaş cəmiyyətinə dəstəyi gücləndirəcək”, – deyə Borrell vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az