Borrell Laçın postu barədə: Hazırıq!

Borrell Laçın postu barədə: Hazırıq!

Avropa Birliyi regiondakı vəziyyətin həllində Azərbaycan və Ermənistana yardım etməyə hazırdır.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri AB-nin baş diplomatı Jozep Borrell deyib.

“Biz Azərbaycanın gərginliyi azaltmaq çağırışımıza zidd olan Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsinin yaradılması ilə bağlı birtərəfli qərarını müzakirə etdik. AB regiondakı vəziyyətin həllində Ermənistan və Azərbaycana kömək etməyə hazırdır. AB bu məqsədlə Ermənistan ərazisində missiya yerləşdirib”, – o bildirib.