Rus ordusu Kiyevi vurdu, Borrell sığınacağa girdi – FOTO

Rus ordusu Kiyevi vurdu, Borrell sığınacağa girdi - FOTO

Hazırda Ukraynada səfərdə olan Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell Kiyevdə sığınacaqda gizləndiyini bildirib. 

Globalinfo.az xəbər verir ki, Aİ-nin ali nümayəndəsi bu barədə “X” platformasında paylaşım edib.

O, Kiyevə kütləvi raket hücumları səbəbindən gecəni sığınacaqda keçirdiyini qeyd edib:

“Hazırda bütün paytaxt ərazisində hava hücumu ilə bağlı xəbərdarlıq siqnalları səslənir. Bu vəziyyət Rusiyanın təcavüzə başladığı andan bu yana cəsur Ukrayna xalqının gündəlik reallığıdır”.

Rus ordusu Kiyevi vurdu, Borrell sığınacağa girdi - FOTO

Əliyar Xəlil
Globalinfo.az