
Türkiyədə 76 nəfərin ölümü ilə nəticələnən dağ-xizək kurort hotelində baş verən yanğınla bağlı 11 nəfər saxlanılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunc deyib.
O bildirib ki, saxlanılanlar arasında Bolu vilayətinin bələdiyyə sədrinin müavini, hotelin sahibi və meneceri də var.
Xatırladaq ki, ötən gün Türkiyədə Kartalkaya dağ-xizək kurortunda, 238 qonağın olduğu 12 mərtəbəli hoteldə yanğın baş verib. 20-si uşaq olmaqla, 76 nəfər ölüb, 51 nəfər yaralanıb. Yanğın zamanı həlak olan 45 nəfərin meyiti ailələrinə təhvil verilib, digərlərinin şəxsiyyətinin müəyyən edilməsi üçün DNT testləri aparılıb.
Əliyar Xəlil
Globalinfo.az













