Boludakı otel yanğınına görə 12 nəfər saxlanıldı

Boludakı otel yanğınına görə 12 nəfər saxlanıldı

Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin hotelində baş vermiş yanğınla bağlı daha bir nəfər saxlanılıb.

Globalinfo.az xəbər verir ki, bu haqda Türkiyənin ədliyyə naziri Yılmaz Tunç məlumat verib.

“Məsul şəxslər məhkəmə qarşısında cavab verməlidirlər. Hazırda 12 nəfər saxlanılıb. Onların arasında otel sahibi, menecer və işçilər var. Proses davam edir. Məsələ texniki məsələdir. Hazırda bəzi sübutlar var. Bütün kamera qeydləri və sənədlər götürülüb, araşdırılır. Hadisənin təfərrüatlı araşdırılması davam etdirilir”, – o bildirib.

Xatırladaq ki, yanğın nəticəsində 78 nəfər həlak olub.