Bakı-Quba yolunda idarəetmədən çıxan “BMV X5” markalı avtomobil yolun kənarına aşıb.
Globalinfo.az xəbər verir ki, hadisə Xızı rayonunun Yaşma qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Hadisə nəticəsində avtomobilin sürücü 1975-ci il təvəllüdlü Salamov Rövşən Abdulla oğlu hadisə yerində, xəsarət alan 3 sərnişindən biri isə Sumqayıt şəhər xəstəxanasında ölüb.
Hadisənin səbəbi araşdırılır.














