BMT sülhməramlılarının Qarabağa göndərilməsi ideyası çətin ki reallaşsın.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar Departamentinin direktoru Pyotr İliçev deyib.
“Beynəlxalq və xarici təşkilatlardan indiyə qədər Qarabağda yalnız Qırmızı Xaç Komitəsi işləyir, BMT-nin humanitar agentliyi isə əraziyə giriş üçün azərbaycanlılar və ermənilərdən izn almayıb”, – o bildirib.
Onun sözlərinə görə, Qarabağda humanitar fəaliyyətlə bağlı irəliləyişin olmadığı şəraitdə beynəlxalq sülhməramlıların bölgəyə göndərilməsi ideyası real deyil
Qeyd edək ki, bundan öncə Ermənistan hakimiyyəti Rusiya sülhməramlılarının fəaliyyətindən narazılığını bildirərək bölgəyə BMT sülhməramlılarının gətirilməsini tələb etmişdi.
İlkin Həsənov
Globalinfo.az













