“BMT-də veto mexanizmi ləğv edilməyəcək” – Quterreş

“BMT-də veto mexanizmi heç bir halda aradan qalxmayacaq”.

Globalinfo.az xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş deyib.

“Veto ilə bağlı çox çətin bir məsələ var. Veto mexanizmi heç bir halda aradan qalxmayacaq. Lakin Təhlükəsizlik Şurası ilə Baş Assambleya arasında münasibətlərdə müəyyən irəliləyiş müşahidə olunur. Veto qoyulduqda, Baş Assambleya Təhlükəsizlik Şurasından açıqlama alır. Hesab edirəm ki, Təhlükəsizlik Şurasının iş metodlarının təkmilləşdirilə bilən aspektləri var. Bundan əlavə, Təhlükəsizlik Şurasının effektivliyini artırmaq və legitimliyini gücləndirmək vacibdir. Çünki Təhlükəsizlik Şurası problemi həll edə bilməyəndə BMT bütövlükdə təşkilat olaraq yüksək bədəl ödəyir”, – deyə Quterreş vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az