“Livandakı müharibə xarici qüvvələrin də iştirakı ilə daha böyük eskalasiyaya səbəb ola bilər”.
Globalinfo.az xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş deyib.
O bildirib ki, Livan üçün 2006-cı ildən bəri ən ölümcül vəziyyət yaranıb.
“Livandakı müharibə xarici qüvvələrin iştirakı ilə daha da gərginləşə bilər. Bazar ertəsi Livanda 2006-cı ildən bəri ən qanlı gün olub. Qəzzadakı görünməmiş faciə indi bütün regionu uçuruma sürükləmək təhlükəsi yaradır. İsrail Müdafiə Qüvvələri mülki binalara zərbələr endirib. Baş verənlər vəziyyəti daha da gərginləşdirir”, – deyə Quterreş vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az














