Blinkendən sülhlə bağlı vacib açıqlama: “Sazişi imzalamaq üçün…”

“İrəvanla Bakı arasında sülh sazişi imzalamaq üçün müstəsna fürsət var”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Antoni Blinken deyib.

O, Ermənistan və Azərbaycanı sülhə yaxınlaşdırmaq üçün fəal şəkildə çalışdıqlarını bildirib.

Blinken əmindir ki, münasibətlərin normallaşdırılması regionda iqtisadi artım, eləcə də şərq, qərb, cənub və şimal ölkələri arasında əlaqələrin gücləndirilməsi üçün böyük imkanlar yaradacaq.

“Biz bu məsələni diplomatiya vasitəsilə fəal şəkildə həll etməyə çalışırıq. Hesab edirəm ki, sülh həqiqətən də əldə edilə bilər. Bu, Azərbaycan və Ermənistan xalqlarının, eləcə də bütün regionun maraqlarına cavab verir”, – Blinken vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az