
ABŞ Dövlət katibi Entoni Blinkenin Yaxın Şərq turnesi başlayıb.
Globalinfo.az xəbər verir ki, Blinken artıq İsrailə gəlib.
Onun səfərdə əsas məqsədinin regionda davam edən müharibəni dayandırmaq olduğu vurğulanıb.
Ümumilikdə bu, Blinkenin 2023-cü ilin oktyabrından bu yana Yaxın Şərqə 11-ci səfəridir.
Onun İsraildən sonra İordaniya və Qətərə səfər edəcəyi gözlənilir.
Əliyar Xəlil
Globalinfo.az