Bizim də bundan xəbərimiz yox idi – Hizbullah lideri

Bizim də bundan xəbərimiz yox idi - Hizbullah lideri

HƏMAS-ın İsrailə qarşı “Əl-Əqsa Tufanı” əməliyyatı bir neçə cəbhədə yayılıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Hizbullah” lideri Həsən Nəsrullah İsrail-Fələstin müharibəsi ilə bağlı bugünkü çıxışında bildirib.

Onun sözlərinə görə, “Əl-Əqsa Tufanı” əməliyyatı məxfi şəkildə hazırlanıb və bu məxfiliyi qorumaq üçün hətta Fələstindəki digər qruplaşmalarından da gizlədilib.

“Və bizim də bundan xəbərimiz yox idi”, – “Hizbullah” lideri əlavə edib.

Həsən Nəsrullah vurğulayıb ki, “Əl-Əqsa Tufanı” əməliyyatı 100 faiz Fələstinin verdiyi bir qərardır, icrası da 100 faiz Fələstin tərəfindən həyata keçirilib.