Avropa Parlamenti və korrupsiya sözləri beynəlxalq ictimai fikirdə sinonim kimi qəbul edilir. Bu reallıq əslində, Avropa dəyərlərinin “erroziya”ya uğradığının təsdiqidir. Avropa Parlamentində Azərbaycan əleyhinə son qətnamə layihəsinin müzakirəsi zamanı bir sıra deputatların nümayiş etdirdiyi “siyasi həyasızllq” yuxarıda səslənən fikrin dəqiqliyini bir daha isbatladı”.
Globalinfo.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, professor Elman Nəsirov deyib.
Onun sözlərinə görə, avropalı komissar Nikolas Şmit, deputatlar Fransua Bellami, Yanis Matriatus, Şerban Sturza, Cordan Bardela, Natali Luaza və digərləri öz davranışları ilə ermənidən çox erməni olduqlarını növbəti dəfə sübuta yetirdilər:
“Bu məxluqlar yəqin ki, güclü erməni lobbisindən sadəcə”Thanks” eşitmək üçün belə siyası “heyvərəlik” nümunəsi ortaya qoymayıblar. Ortada ” Əl-əli yuyar, əl də üzü” prinsipi işləyib. Regionumuza Avropa İttifaqının strateji maraqları deyil, “mədələrinin gözü” ilə baxan bu riyakarlar hüquqi baxımdan ən azı potensial cinayətkardırlar. İqtisadi baxımdan isə öz oturduqları ağacın budaqlarını kəsən, burnunun ucundan uzağı görməyənlərdirlər”.
E.Nəsirov deyib ki, Azərbaycanı sanksiyalarla hədələyən, COP-29-u boykota çağıran, ölkəmizlə qaz kontraktlarının ləğvini təbliğ edən bu psevdosiyasətçilər reallıq hissini çoxdan itiriblər:
“Onlar cılızlaşıblar, mənəvi erroziyaya məruz qalıblar. Bu, Avropa gerçəkliyidir! Avropaya və avropalılara lap adamın yazığı gəlir. ” Köhnə kişilər” in qurduğu “dəyərlər Avropası”nın başına bu siyasiləşmiş “gəda”lar gör nə oyun açıblar… Bizə belə Avropa lazımdırmı? Məncə, cavab mənfidir”.
Zaira Akifqızı














