Bir həftəyə 30 zərbə: İsrail “Hizbullah”ı belə məhv edir

Bir həftəyə 30 zərbə: İsrail “Hizbullah”ı belə məhv edir

İsrail Beyrutda Hizbullah-ın 6 yeni hədəfə zərbə endirib.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, bu dəfə Hizbullah-ın hərbi infrastrukturuna, həmçinin şiə milislərinin komanda mərkəzlərinə hücum edilib.

Zərbələr Hizbullahın yerləşdiyi Beyrutun ətrafındakı Dahiyəni hədəf alıb. Ümumilikdə, bir həftə ərzində İsrail Hərbi Hava Qüvvələri Hizbullah-ın 30-dan çox müxtəlif hərbi obyektinə hücum edib.

Müşviq Tofiqoğlu
Globalinfo.az