“Binokl diplomatları” təkrar meydanda: ABŞ “piyadaları” Azərbaycan sərhədinə hansı missiya ilə gəlib?

“Binokl diplomatları” təkrar meydanda: ABŞ "piyadaları" Azərbaycan sərhədinə hansı missiya ilə gəlib?

Ermənistandakı ABŞ rəsmiləri Azərbaycanla şərti dövlət sərhədinə gəlib. Ümumiyyətlə son günlər bənzər səfərlərin sayı artıb.

Daha əvvəl də Avropa İttifaqı (Aİ) nümayəndələri şərti dövlət sərhədinə səfər etmişdi.

Qərb emissarlarının vaxtaşırı bu hərəkətləri nədən xəbər verir? ABŞ Ermənistanla sərhəddə nələr planlaşdırır?

Globalinfo.az -a danışan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib ki, Ermənistandakı ABŞ rəsmilərinin Azərbaycanla şərti dövlət sərhədinə səfər etməsi onların İrəvana dəstəyini göstərir:

“Bu açıq-aşkar “Binokl diplomatiyasıdır”. Vaşinqton son zamanlar özünü guya konstruktivmiş kimi göstərməyə çalışır. ABŞ Dövlət katibinin köməkçisi Ceyms Obrayen də bu missiya ilə regiona səfər etdi və iki ölkə arasında sülh sazişi ilə bağlı balanslı açıqlamalar verdi. Lakin bu gün ABŞ konqresmenləri içərisində Ermənistanla, onların lobbisi ilə təmasda olan şəxslər var. Bu şəxslərin bir çoxu onların maraqlarına xidmət edir. Belə olan halda ABŞ-ın sülhə olan mövqeyi şübhə yaradır”.

“Binokl diplomatları” təkrar meydanda: ABŞ "piyadaları" Azərbaycan sərhədinə hansı missiya ilə gəlib?
Fərid Şəfiyev

“Midünən “Freedom House” növbəti hesabatını paylaşıb. Hesabatda Azərbaycan açıq şəkildə ittiham edilir. Hətta müzakirələrdə Azərbaycanı beynəlxalq məhkəməyə şikayət də təklif edildi.

Hesab edirəm Azərbaycanla Ermənistan arasında danışıqlar vasitəçilər olmadan birbaşa aparılmalıdır. Bu daha effektiv və konstruktivdir”, – F.Şəfiyev bildirib.

Turan Rzayev
Globalinfo.az