Bakıda ikimərtəbəli evdə baş verən yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.
Bu barədə Globalinfo.az-a FHN-dən məlumat verilib.
***10:34
Bakıda ikimərtəbəli ev yanır.
Globalinfo.az bildirir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbriləri davam etdirilir.
Əlavə məlumat veriləcək.














