Blinken və Fidan görüşdü – Vacib müzakirə

Türkiyənin xarici işlər naziri Hakan Fidan İndoneziyanın paytaxtı Cakartada ABŞ Dövlət katibi Antoni Blinkenlə görüşüb. 

Globalinfo.az xəbər verir ki, görüş zamanı NATO-nun Vilnüs sammitində verilən qərarlar və Əfqanıstandakı vəziyyət müzakirə edilib.

Qeyd edək ki, görüş ASEAN ölkələrinin xarici işlər nazirlərinin toplantısı çərçivəsində baş tutub.

Tahir Turan
Globalinfo.az