Erməni əsgər insidentə qarışdı: ölü və yaralı var

Ermənistan ordusunun müqaviləli əsgəri qardaşı ilə birlikdə bıçaqlanıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Armlur” yazıb.

Biri müqaviləli əsgər olan iki qardaşın bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirildiyi bildirilir.

Məlumata görə, əsgərin qardaşı xəstəxanada ölüb, özü isə sağdır.

Hadisənin hansı zəmində baş verdiyi və əsgərin son durumu açıqlanmır.

Qeyd edək ki, son vaxtlar Ermənistan ordusunda qeyri-döyüş şəraitində ölüm və insidentlərin sayında artım müşahidə olunur.

Ayşən Mustafa
Globalinfo.az