Ermənistan ordusu döyüşə hazırdır, Qarabağı qoruyacağıq – Sərkisyan

Ermənistan müdafiə nazirinin müavini Armen Sərkisyan sərhəddəki mövcud vəziyyətlə bağlı jurnalistlərin suallarını cavablandırıb.

Globalinfo.az xəbər verir ki, A.Sərkisyan Ermənistan müdafiə sisteminin gücləndirilməsinə çalışıldığını, ordunun döyüş hazırlığının yüksəldildiyini qeyd edib.

O bunun dövlətin mühafizəsi üçün vacib olduğunu söyləyib.

Nazir müavini Qarabağın qorunması üçün hər şeyi etdiklərini deyib.

Qeyd edək ki, Ermənistan daha əvvəl ərazi bütövlüyünə hörmət prinsipləri əsasında sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan etsə də, bu kimi açıqlamalar onun işğalçı niyyətini ortaya qoyur.

Ayşən Mustafa
Globalinfo.az