Baydendən Trampla bağlı gözlənilməz addım

Baydendən Trampla bağlı gözlənilməz addım

ABŞ Məxfi Xidməti prezidentliyə namizəd Donald Trampın seçki kampaniyası çərçivəsində təhlükəsizliyini gücləndirməyə başlayıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

D.Trampın seçkiöncəsi mitinqlərdəki çıxışlarını zirehli şüşə arxasında etməsi planlaşdırılır. Nəşr həmçinin prezidentliyə namizədin mühafizəçisi və ətrafında yerləşdirilən agentlərin də sayının artırılacağını yazıb.

“Nyu York Tayms”ın məlumatına görə, hazırkı prezident Co Baydenin təhlükəsizlik komandasının bəzi üzvləri müvəqqəti olaraq Trampın mühafizəsi üçün səfərbər edilib. C.Baydenin seçki yarışından geri çəkildikdən sonra səfərlərinin sayının azaldığı, bu səbəbdən onun üçün təhlükə ehtimalının yüksək olmadığı bildirilib.

Ayşən Mustafa
Globalinfo.az