Baydendən növbəti biabırçılıq: Müdafiə nazirinin adını unutdu və onu belə adlandırdı

Baydendən növbəti biabırçılıq: Müdafiə nazirinin adını unutdu və onu belə adlandırdı

Prezident Co Bayden ABŞ müdafiə naziri Lloyd Ostinin adını unudub və onu “qara adam” adlandırıb. 

Globalinfo.az xəbər verir ki, söhbətin mətni “Strana.ua” nəşri tərəfindən yayımlanıb.

Bayden insanlara ləyaqətlə yanaşmaq lazım olduğunu deyib. Bundan sonra o, müdafiə naziri vəzifəsinə qaradərili şəxsi təyin etdiyini bildirib, ancaq adını xatırlamaqda çətinlik çəkib.

Qeyd edək ki, bu, Bayden Ostinin adını ilk dəfə deyil ki, unudur. Oxşar vəziyyət 2021-ci ilin martında da baş vermişdi. Belə ki, müdafiə nazirinin Baydendən bir neçə metr aralıda dayanmasına baxmayaraq, o, Ostinin adını xatırlaya bilməmişdi.

Müşviq Tofiqoğlu
Globalinfo.az