Bayden III Çarlzla görüşəcək

Bayden III Çarlzla görüşəcək

ABŞ Prezidenti Co Bayden iyulun 9-dan 13-nə kimi Böyük Britaniya, Litva və Finlandiyada səfərdə olacaq.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin məlumatında deyilir.

Bildirilib ki, prezident Britaniyada Baş nazir Rişi Sunak və Kral III Çarlzla görüşlər keçirəcək.

Bundan sonra Bayden Litva paytaxtında NATO-nun 74-cü sammitində (11-12 iyul) iştirak edəcək, iyunun 13-də isə Helsinkiyə yola düşəcək.