Bayden Assancı əfv etməyəcək – Ağ Ev

ABŞ prezidenti Co Bayden “Vikiliks”in qurucusu Culian Assancı əfv etməyi düşünmür.

Globalinfo.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib.

“Xeyr, bu məsələ nəzərdən keçirilmir”, – deyə Jan-Pyer vurğulayıb.

Qeyd edək ki, Culian Assanc sərbəst buraxılaraq vətəni Avstraliyaya qayıdıb.

Xatırladaq ki, Assanc “Vikiliks” saytını təsis etməklə dünya şöhrəti qazanıb. Burada xüsusilə İraq və Əfqanıstandakı müharibələr, Quantanamo həbsxanası ilə bağlı ilginc faktlar, prezidentliyə namizəd olmuş Hillari Klintonun diplomatik və şəxsi yazışmaları haqqında yüz minlərlə məxfi material yer alıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az