“Barselona”-“Osasuna” qarşılaşması təxirə salındı: səbəb…

"Barselona"-“Osasuna” qarşılaşması təxirə salındı: səbəb…

La Liqanın XXVII turu çərçivəsində “Barselona”nın “Osasuna” ilə keçirilməsi nəzərdə tutulan matçı təxirə salınıb.

Globalinfo.az “Apasport.az”a istinadla xəbər verir ki, buna səbəb “Barselona” A komandasının həkimi Karles Minarro Qarsiyanın vəfat etməsi olub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Açıqlamada “Barselona” İdarə Heyəti və bütün işçilər bu acı xəbərə görə Karles Minarro Qarsiyanın ailəsi və dostlarına ən dərin başsağlıqlarını bildirib.