Baqrat İrəvanı qarışdıran sözlər deyəcək – Tarix

Ermənistanda Qalstanyanın tərəfdarları yeni böyük mitinqin anonsunu veriblər.

Globalinfo.az xəbər verir ki, “Müqəddəs Mübarizə” Teleqram kanalında Baqrat Qalstyanın yeni mitinqinin İrəvanda iyunun 9-da saat 18:30-da keçirəcəyini bildirilib.

“Bu, qələbəmiz üçün fövqəladə vacibdir. Yepiskop Baqrat vacib, situasiyanı dəyişəcək nitqlə çıxış edəcək. Buna görə hamımız mitinq barədə informasiya kampaniyası başlatmalıyıq… Bizə lazımdır ki, həmin gün meydanda 100 min insan olsun”, – paylaşımda yer alıb.

Qeyd edək ki, Qalstanyanın rəhbərliyi ilə Ermənistanda etirazlar 1 aya yaxındır davam edir.

Əliyar Xəlil
Globalinfo.az