Balababanın böyük dərdi: Rzayevin falçısı qalib gələcək, Hesablama Palatası?

Balababanın böyük dərdi: Rzayevin falçısı qalib gələcək, Hesablama Palatası?

Oktyabrın 5-də “Azərenerji” ASC-nin Prezidenti Balababa Rzayevə şiddətli töhmət verilib. Baş nazir Əli Əsədov bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, 2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadə istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etdiyinə görə, “Azərenerji” ASC-nin Prezidenti Balababa Hüseynağa oğlu Rzayevə şiddətli töhmət elan edilib.

Bu təqdimat ictimai rəydə o qədər də inamla qarşılanmadı. Əksər rəylərdə deyilir ki, B.Rzayevin nəsə başqa “ÇP”si olub deyə cəzalandırılıb. Yoxsa, sovet vaxtı məşhur yumoristik səhnəcikdə olduğu kimi, Baba müəllim Xəzər dənizinə yanmış kibrit çöpü atdığına görə şiddətli töhmətə qonaq edilməzdi.

İlk ağla gələn onun tender məsələsində qaranlıq əməllərə yol verməsi versiyasıdır. Son illər “Azərenerji” böyük layihələr icra edir. Bu layihələr formal şəkildə tenderlər yolu ilə icra olunur. Nə hikmətdirsə, həmin tenderləri hər dəfə Balaba müəllimin böyük çevrəsindən bir nəfər “udur”. “Udur” feili burda bütün mənalarda başa düşülə bilər…

Bizim əksər məmurlar belədir, Prezident onlara etimad göstərir, etibar edir, onlar da ilk fürsətdə dövlət vəsaitini mənimsəyirlər. Qohum-əqrəbasından ibarət dəstələr yaradıb, xalqın sərvətinə daraşırlar.

Məlumat yayılıb ki, “Azərenerji”də növbədənkənar yoxlamalar başlayacaq. Bununla bağlı baş nazir Əli Əsədovun sərəncam verəcəyi gözlənir. Bu artıq tamam başqa vəziyyət yarada bilər. “Azərenerji” elektrik enerjisi istehsalı ilə məşğul olsa da, adı hər zaman qaranlış işlərdə hallanıb. Bu təşkilat bütün dövrlərdə ləkəli imici ilə tanınıb. Etibar Priverdiyevin karyera işığı da bu cür qaranlıq və məsuliyyətsiz işlər üzündən söndürüldü. Mingəçevir SES-də baş verən dəhşətli qəza E.Priverdiyevi sözün məcazi mənasında külə döndərdi, yoxa çıxardı. Prezident İlham Əliyev müşavirədə o qədər qəzəblənmişdi, Pirverdiyevin rəngi avazımışdı.

Üstündən illər keçsə, rəhbərlik dəyişsə də “Azərnerji” ətrafında söz-söhbətlər səngimir. Bu qurum ölkənin ən çox korrupsiyalaşmış qurumu kimi hesabatlara düşür.

Balababanın böyük dərdi: Rzayevin falçısı qalib gələcək, Hesablama Palatası?

Bir zamanlar Balababa Rzayevin falçılarlarla iş birliyi haqda mediada məlumat dərc edilmişdi. Bildirilirdi ki, “Azərenerji” prezidenti ortağında qaranlıq ruhları, pis əməlləri, caduları yox etmək üçün falçı xidmətindən yayrarlanır.

Deyilənə görə onun şəxsi falçısı Elman Əliyev adlı bir nəfərdir. Mətbuatda yayılan məlumatlara görə, son günlər B.Rzayev falçı ilə əlaqə qura bilmir. Bildirilir ki, Elman Əliyev Baba Rzayevin müraciətlərinə cavab verməkdən imtina edib. Məlumata görə, Baba Rzayev əvvəllər Elman Əliyevin həyata keçirdiyi rituallar və cadu işlərinə görə ödənişləri vaxtında etməyib, bu da falçının narazılığına səbəb olub. Hazırda Baba Rzayev Elman Əliyevi yenidən öz tərəfinə çəkmək üçün səylər göstərir.

Baba Rzayevin əmlak və mülkiyyətləri ilə bağlı da məlumatlar yayılmaqdadır. Məlumata görə, Bakının Xəzər rayonunda ona məxsus çoxsaylı əmlak və biznes obyektləri var. Mərdəkan qəsəbəsində, 28 May küçəsində, keçmiş tikinti materialları mağazasının yerləşdiyi 5 hektar ərazidə kottec tipli evlər tikilir və mini şəhərcik salınır. Bu ərazidəki kotteclərin fantastik qiymətlərlə satışa çıxarılması planlaşdırılır.

Bundan başqa, Şüvəlan qəsəbəsində, Heydər Əliyev küçəsində yerləşən keçmiş Gülçülük sovxozunun 1 hektarlıq ərazisində Baba Rzayevə məxsus bağ evi var. O, həmçinin Dübəndi bağ massivində, “Mayak” adlanan ərazidə də geniş iqamətgaha malikdir. Zirə qəsəbəsindəki əkinə yararlı torpaqların 68 faizi Baba Rzayevin əlində cəmlənib və burada 100 hektarlıq göbələk ferması əmisi oğlu Firuz Rzayev tərəfindən idarə olunur.

Yayılan məlumatlara görə, Baba Rzayevin Bakının Səbayel, Xətai, Nəsimi və Yasamal rayonlarında 200-dən çox mənzili var. Həmçinin, “Azərenerji” prezidentinin saxta sənədlərlə əldə etdiyi başqa torpaq sahələri də siyahıya daxildir.

Baba Rzayevin Gürcüstanda “Sairme” müalicə-sağlamlıq kurortu, Dubayda və digər ölkələrdə biznes fəaliyyəti də mövcuddur.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Globalinfo.az