Bakıya hücum şiddətləndi: Qoşunun önündə Kral gəlir?

Bakıya hücum şiddətləndi: Qoşunun önündə Kral gəlir?

Qərb ölkələri və təşkilatları COP29-la bağlı aktivləşiblər. Bakıda keçiriləcək iqlim sammitinə qatılmamaq üçün müxtəlif ünvanlara müraciətlər edirlər.

“Human Rights Watch” və “Freedom House” beynəlxalq insan haqları təşkilatları daha çox fəallıq göstərir. Hər iki təşkilat Azərbaycan qarşı qərəzli münasibəti ilə seçilir.

Böyük Britaniya kralı III Çarlzın COP29 sammitinə qatılmayacğı haqda da məlumatlar yayılıb. Bildirilir ki, III Çarlz bu qərarı İngiltərə nazirlərinin tövsiyəsi ilə verib. O da qeyd edilir ki, 75 yaşlı kral xərçəngin naməlum formasından müalicə aldığı üçün bütün səfərlərini təxirə salıb.

Görünür, Qərbin şantaj xarakterli təzyiqləri artan istiqamətdə gedir. Bəs Bakının cavabı nə olacaq?

Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Azərbaycanda COP29 sammitinin keçirilməsi humanitar missiya daşıyır:

Bakıya hücum şiddətləndi: Qoşunun önündə Kral gəlir?

“Planetin iqlim dəyişikliyinə qarşı mübarizədir. Azərbaycan Qoşulmama Hərəkatı kimi böyük təşkilata sədrlik edib. Qərbdə müəyyən mərkəzlər Azərbaycanın müstəqil siyasətini qəbul etmək istəmir. Böyük Britaniya kralı ağır xəstəlikdən əziyyət çəkdiyi üçün bu səfərə çıxmayacaq. Amma digər ölkə rəsmilərinin iştirakı gözləniləndir.

Azərbaycana qarşı qarayaxma prosesinin arxasında Fransa və erməni lobbisinin dayandığı da məlumdur. COP29-u boykot etməyə çalışırlar. Azərbaycan bütün bunlara hələ ki səbir nümayiş etdirib. Lakin onun da qırmızı xətti var”.

Politoloqun sözlərinə görə, Azərbaycan və Böyük Britaniya arasında bir çox sahələrdə sıx əməkdaşlıq əlaqələri mövcuddur:

“Azərbaycan İngiltərə ilə siyasi məsləhətləşmələr aparacaq. Ortaq qərar veriləcək. Ümumiyyətlə, belə beynəlxalq tədbirlərdə ölkələr ya neytral mövqe tutmalı, ya da dəstək verməlidirlər. Lakin başda Fransa olmaqla bəzi qüvvələr Cənubi Qafqazda pozuculuq işləri aparırlar”.

Safura Bənnayeva
Globalinfo.az