Böyük Britaniya Kralı ölüb? – YENİLƏNİB / FOTO

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş krallığın monarxı III Çarlz səlahiyyətinin icrasını davam etdirir və xüsusi işləri ilə məşğuldur.

Globalinfo.az xəbər verir ki, məlumatı Bukinqem sarayı yayıb.

Qeyd edək ki, bir müddət əvvəl sarayın adından kralın vəfat etməsi barədə məlumat yayılmışdı.

***15:58

Böyük Britaniya Kralı III Çarlzın 75 yaşında vəfat etdiyi iddia olunur.

Globalinfo.az xəbər verir ki, bu barədə Bukinqem sarayının rəsmi açıqlaması olduğu deyilən sənədin görüntüləri yayılıb.

Hələ ki, iddiaya rəsmi aydınlıq gətirilməyib.

Qeyd edək ki, bir müddət öncə Britaniya kralına mədə xərçəngi diaqnozu qoyulub.

III Çarlz anası kraliça II Elizabetin vəfatından sonra 2023-cü ildə taxta çıxıb.