Bakının bəzi yerlərində yağış yağır – Faktiki hava

Bakının bəzi yerlərində yağış yağır - Faktiki hava

İyulun 26-sı gecə saatlarından başlayaraq Bakının bəzi ərazilərinə yağış yağır. Yayın qızmar günlərində gözlənilməz yağıntı insanlarda həm təəccüb, həm də sevinc doğurub.

Globalinfo.az xəbər verir ki, yağan yağış küçələrdə sərinlik yaratsa da, bəzi yerlərdə gölməçələrə səbəb olub.

Sosial şəbəkələrdə bəziləri havanı “iyulun son hədiyyəsi” adlandırıb.

Mütəxəssislərin məlumatına görə, yaxın günlərdə hava dəyişkən olacaq, bəzi ərazilərdə arabir yağış yağacağı istisna edilmir.

Qeyd edək ki, bir neçə gün öncə ekoloq alim Telman Zeynalov Globalinfo.az-a açıqlamasında bu həftə havanın sərin keçəcəyini bildirib.

Zaira Akifqızı
Globalinfo.az