Bakıda Türkiyə səfirliyinin qarşısında zəlzələ qurbanları anılır.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sıravi vətəndaşlar, qazilər, müxtəlif QHT üzvləri səfirliyə gələrək qardaş ölkə ilə həmrəylik göstərir.
Onlar səfirlik binasının önündəki xüsusi guşəyə güllər, oyuncaqlar qoyur, qurbanların xatirəsinə şam yandırırlar.
Qeyd edək ki, baş verən təbii fəlakətlə əlaqədar olaraq Türkiyədə 7 günlük milli matəm elan edilib.






















