Bakıda yük maşınının üzərində olan texnika yola aşdı

Bakıda yük avtomobilinin üzərində olan texnika yolun hərəkət hissəsinə aşıb.

Daxili İşlər Nazirliyindən (DİN) Globalinfo.az -a verilən məlumata görə, hadisə paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionun yaxınlığında baş verib.

Hadisə barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yol polisinə məlumat verilib.

Hazırda sıxlığın yaranmaması, nəqliyyat vasitələrinin rahat hərəkətini təmin etmək məqsədilə tədbirlər görülür.