Bakıda yaşayış binasında lift qırıldı – Xəsarət alanlar var / VİDEO

Xətai rayonunda çoxmərtəbəli binada liftin qırılması nəticəsində xəsarət alan şəxslərin vəziyyəti məlum olub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, xəstəxanaya yerləşdirilən 7 nəfərdən 6-sı ilkin tibbi yardımdan sonra evə buraxılıb.

Yalnız onlardan biri 1993-cü il təvəllüdlü Cəfərova Xatirə Ədalət qızının hər iki ayağının sınığı olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.

***

Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən hündürmərtəbəli binada liftin qırılması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin 112-i qaynar xəttinə məlumat daxil olub.

Globalinfo.az xəbər verir ki, bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, dərhal hadisə yerinə nazirliyinin xilasediciləri cəlb olunub:

“Nazirliyinin xilasediciləri hadisə yerinə çatanadək məlumatla xilasedicilərə ehtiyac olmadığı bildirilib”.

***

Liftin qırılması nəticəsində 7 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, xəsarət alanlar Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Onlardan ikisi uşaqdır.

***

“Həsi Aslanov” metrostansiyasının yaxınlığında, Xudu Məmmədov küçəsində yerləşən “Şərur MTK” yaşayış kompleksində liftin qırıldığı bildirilir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya sakinlər məlumat verib.

Məlumata görə, hadisə zamanı xəsarət alanlar olub.

Qeyd edək ki, əraziyə təcili və təxirəsalınmaz tibbi yardım briqadaları cəlb olunub.