Yollardakı məhdudiyyət aradan qaldırıldı – YENİLƏNİB

Yollardakı məhdudiyyət aradan qaldırıldı - YENİLƏNİB

Ziya Bünyadov prospektində inşaat materialları bazarında baş verən yanğın səbəbindən prospektin köməkçi yolundan metronun “20 Yanvar” və “Koroğlu” stansiyaları istiqamətinə yolda tətbiq olunan məhdudiyyət aradan qaldırılıb.

Bu barədə Globalinfo.az-a NİİM-dən bildirilib.

***08:57

Bakının Binəqədi rayonu Ziya Bünyadov prospektində inşaat materialları bazarında baş verən yanğın səbəbindən prospektin köməkçi yolundan metronun “20 Yanvar” və “Koroğlu” stansiyaları istiqamətinə yolda məhdudiyyət tətbiq olunub.

Bu barədə Globalinfo.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

Sürücülərdən nəzərə almaları xahiş olunur.

Qeyd edək ki, bu gün saat 05:45 radələrində Ziya Bünyadov prospekti, “Dərnəgül” taxta bazarının ərazisində yanğın başlayıb.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir. Hadisə yerinə həmçinin 2 təcili tibbi yardım briqadası cəlb olunub. Yanğın nəticəsində 1 şəxsin (cinsi kişi) həkiməqədər ölümü qeydə alınıb.

Xəsarət alan yoxdur.

Yollardakı məhdudiyyət aradan qaldırıldı - YENİLƏNİB