Bakıda valideyn polisə müraciət etdi – “Məktəbdə oğlumu döyüblər”

Bakıda valideyn polisə müraciət etdi – “Məktəbdə oğlumu döyüblər”

Bakıdakı orta məktəblərin daha birində insident baş verib.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, Xəzər rayon sakini olan 1989-cu il təvəllüdlü G.Zeynalova 1-ci Polis Şöbəsinə müraciət edərək 13 yaşlı oğlunun təhsil aldığı 120 saylı orta məktəbdə döyüldüyünü bildirib.

Valideyn qeyd edib ki, övladını həmin məktəbdə oxuyan 2008-ci il təvəllüdlü M.Cabbarzadə döyərək xəsarətlər yetirib.

G.Zeynalova övladını döyən şagirdin məsuliyyətə cəlb edilməsini tələb edib.

Hadisə ilə əlaqədar Xəzər RPİ-nin 1-ci Polis Şöbəsində araşdırma aparılır.

Malik
Globalinfo.az