Bakıda 18 yaşlı qız 8-ci mərtəbədən yıxılaraq ölüb.
Globalinfo.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, sentyabrın 19-da, Binəqədi rayonu, Mir Cəlal küçəsi 72 ünvanında yaşayan 2004-cü il təvəllüdlü Sevinc Bəkdəmirova pəncərələri silərkən ehtiyatsızlıqdan 8–ci mərtəbədən yerə yıxılaraq ölüb.
“Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır”, – məlumatda qeyd olunub.














