“Nikosayağı” qəzaya düşdü: qolu qopdu, tanınmış şəxsin oğlu öldü – VİDEO

“Nikosayağı” qəzaya düşdü: qolu qopdu, tanınmış şəxsin oğlu öldü - VİDEO

Sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloger Nicat Şakirlinin törətdiyi yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin kimliyi bilinib. 

Globalinfo.az xəbər verir ki, ölən şəxs Ruslan Məmmədovdur.

Mərhumun Gəncədəki “İmperial” şadlıq sarayı və istirahət mərkəzinin sahibinin oğlu olduğu bildirilir.

“Nikosayağı” qəzaya düşdü: qolu qopdu, tanınmış şəxsin oğlu öldü - VİDEO

***08:03

Sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloger Nicat Şakirli idarəetməni itirərək “Porsche” markalı avtomobili yük maşınına çırpıb.

Globalinfo.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Qəza nəticəsində 1 nəfər ölüb, minik avtomobili yararsız vəziyyətə düşüb.

Hadisə zamanı xəsarət alan vətəndaş 29 yaşlı Şakirli Nicat sağ yuxarı ətrafın dirsəkdən amputasiyası diaqnozu ilə, 23 yaşlı Rüstəmov Fəxri isə sağ əlin kəsilmiş yarası diaqnozu ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunublar.

Qeyd edək ki, bloqer Nicat Mütəllimov tanınmış nevropatoloq Nafiz Mütəllimovun oğludur.