Bakıda keçirilən “UFC Fight Night”da üçüncü döyüşə yekun vurulub.
Globalinfo.az Apasport.az-a istinadla xəbər verir ki, yarım yüngül çəkidə Rusiya təmsilçisi İrina Alekseyeva polşalı Klaudiya Siqula ilə qarşılaşıb.
İlk iki döyüşdə olduğu kimi, burada da üstün tərəfi hakimlər müəyyən edib. 3 raundun yekununda referilər polyak idmançını qalib elan ediblər.
Bununla da, Siqula Bakıda keçirilən UFC-nin ilk qadın qalibi olub.
Qeyd edək ki, Azərbaycan təmsilçilərinin də çıxış edəcəyi əsas döyüşlərə saat 23:00-da start veriləcək.














