İran səfiri İsraili Bakıda təhdid etdi: “…xilas yolunuz qalmayıb”

İsranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi İsrailin ölkəmizdəki səfiri Corc Dikin Qəzzadakı vəziyyətlə bağlı açıqlamalarına cavab verib. 

Globalinfo.az xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) İslam Respublikasının Bakıdakı səfirinin İsrail səfirinə müraciət etdiyini bildirib.

Musəvinin Corc Dikə ünvanlanan sözlərində deyilir: “Siz hörümçək torundan da zəifsiniz. İran məsələyə müdaxilə etsə, bu dəfə Nildə deyil, Aralıq dənizində basdırılacaqsınız. İndi bütün dünya sizə qarşıdır, heç bir xilas yolunuz yoxdur”.

Ayşən Mustafa
Globalinfo.az