Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən obyektlərdən birində baş vermiş yanğın səbəbindən Fəhlə küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
***
“Obyektin nə qədər sahəsinin zərər gördüyü ilə bağlı işlər davam edir. Təqribən ümumi sahəsi 2 min kvadratmetr olan obyektin 600-700 kvadratmetrlik dam örtüyündə yanğın baş verib”.
Globalinfo.az Oxu.az-a istinadən bildirir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin rəis mpüavini, polkovnik Taleh Babayev jurnalistlərin suallarını cavablandırarkən deyib.
Məlumata görə, yanğın “Astoria” hotelin dam örtüyündə başlayıb.
***
Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən obyektdə baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə tam söndürülüb.
Bu barədə Globalinfo.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
***
Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən obyektdə yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
FHN-in Mətbuat xidmətindən Globalinfo.az-a verilən məlumata görə, yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
Bakının Nizami rayonu ərazisində yerləşən obyektlərdən birində baş vermiş yanğın hadisəsi ilə bağlı əraziyə polis əməkdaşları cəlb olunub.
Globalinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, hazırda polis əməkdaşları tərəfindən hadisə yerində təhlükəsizlik tədbirləri təmin olunur, nəqliyyatın hərəkəti tənzimlənir və digər zəruri tədbirlər görülür.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib ki, yanğın hadisəsi səbəbindən Fəhlə küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.
X X X
Bakı şəhəri, Xətai rayonu Babək prospektində yerləşən obyektdə yanğın baş verib.
Bu barədə Globalinfo.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar əraziyə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
X X X
Bakıda güclü yanğın başlayıb.
Globalinfo.az baku.vs-ə istinadən xəbər verir ki, tüstü Babək prospekti istiqamətindən səmaya yüksəlib.
Hələlik hadisənin tam olaraq hansı ərazidə baş verməsi məlum deyil.
Sözügedən görüntüləri təqdim edirik:















