Bakıda əsən güclü külək 3 nəfərin xəsarət almasına səbəb olub.
Globalinfo.az-ın xəbərinə görə, Kliniki Tibbi Mərkəzin (KTM) mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd APA-ya açıqlamasında bildirib ki, həmin şəxslər mərkəzə yerləşdirilib.
Mərkəzə gətirilən hər üç şəxsə ilkin tibbi yardım göstərilib. Birinin xəstəxanada müalicəsi, digər iki şəxsin evə buraxılması nəzərdə tutulub” – məlumatda qeyd edilib.














