Bakı “cəbhəni” gücləndirdi: Kremlin Qarabağ həmləsinə möhtəşəm cavab

Bakı "cəbhəni" gücləndirdi: Kremlin Qarabağ həmləsinə möhtəşəm cavab

Ötən gün Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə mühüm mesajlar verildi.

Görüşdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistanın Baş naziri Şahbaz Şərif, İran Prezidenti Məsud Pezeşkian kimi liderlərin iştirakı xüsusi diqqət çəkdi. Həmçinin Qırğızıstan, Tacikistan, Şimali Kipr Türk Cümhuriyyətinin rəhbərlərinin Qarabağda bir araya gəlməsi böyük maraqla qarşılandı.

Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, ECO-nun 17-ci Zirvə görüşünün Xankəndidə keçirilməsi, liderlərin bu şəhərə toplanmasının əhəmiyyəti bir neçə kontekstdə önə çıxır:

“Birincisi, görüş cari gündəm fonunda diqqət çəkir. Moskvanın Bakıya təzyiqi qarşısında Azərbaycanın güclü cəbhəyə sahib olduğu məhz Xankəndidə – Rusiyanın dəstəyinə rəğmən məhv edilən erməni separatizminin keçmiş “yuvası”nda nümayiş etdirilir Toplantının məqsədi bu olmasa da, mövcud situasiyada yerinə düşən məqamdır.

Bakı "cəbhəni" gücləndirdi: Kremlin Qarabağ həmləsinə möhtəşəm cavab
Asif Nərimanlı 

İkincisi, Cənubi Qafqaza qayıtmağa çalışan Rusiyada həm Azərbaycana, həm də Ermənistan hakimiyyətinə təzyiq məqsədilə Qarabağ iddialarının yenidən gündəmə gəlməsi, eləcə də Moskvaya ümid edən erməni revanşistlərin eyni proqramla aktivləşməsi fonunda Bakı Xankəndidə təkcə separatizmin özü yox, perspektivlərinin də məhv edildiyi sərgiləyir. Bu, Qarabağın regional siyasətdə rıçaq olmaqdan çıxdığının əyani sürətdə göstərilməsidir.

Üçüncüsü, Xankəndi beynəlxalq tədbirlərə ev sahibliyi edən məkana – siyasi dialoq mərkəzinə çevrilir. Zirvə toplantısının bu şəhərdə baş tutmasının uzunmüddətli hədəfi belə qiymətləndirilə bilər”.

Turan Rzayev
Globalinfo.az